2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 4 milyard 82,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 milyard 85,6 milyon manat məbləğində heyvandarlıq, 1 milyard 997,1 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 1,1% artıb.
I yarımillikdə respublikada 260,4 min ton ət (artım 3,1%), 1 milyon 56,7 min ton süd (artım 1,9%), 991,5 milyon ədəd yumurta (artım 7%), 14,6 min ton yun (artım 0,1%) və 445,9 ton barama (azalma 30%-dək) istehsal edilib.
Hesabat dövründə Azərbaycanda 2 milyon 372,6 min ton dənlilər və dənli paxlalı bitkilər (azalma 6,7%), 716,9 min ton tərəvəz (artım 6,2%), 368,3 min ton kartof (artım 9,7%), 76,6 min ton bostan bitkiləri (artım 39,8%), 131,9 min ton meyvə və giləmeyvə (artım 5,3%), 1 min 326 ton tütün (artım 6,4%), 422,2 ton yaşıl çay (artım 25%) yığılıb.
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkini başa çatıb.
Statistik məlumatlara görə, 1 iyul 2020-ci il tarixinə ölkədə 3,233 min istixana var. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin müvafiq dövründə istixanalarda yetişdirilən əsas məhsullardan biri olan pomidor istehsalı 4,2% - 181,8 min tona qədər, xiyar istehsalı 10,5% - 10,7 min tona qədər artıb.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət