"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz "mənfi"dir.
Reytinq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balansları, büdcə maliyyələşdirilməsinin çevikliyini əks etdirir. Digər tərəfdən, iqtisadiyyatın neftdən güclü asılılığını, idarəetmənin zəif göstəricilərini, habelə xüsusilə məzənnə rejimi ilə bağlı qərarların qəbulu prosesində şəffaflığın və proqnozların olmamasını qeyd etmək lazımdır. Mənfi proqnoz neftin ucuzlaşması və COVID-19 pandemiyasının Azərbaycanın xarici ehtiyatlarına təsirini əks etdirir.
Xarici təzyiq “Brent” markalı neftin bir barelinin qiymətinin orta hesabla 26 ABŞ dollarına düşdüyü, ARDNF-in isə özəl sektorun artan tələbini ödəmək və məzənnəni 1,7 AZN/USD səviyyəsində saxlamaq üçün valyuta hərraclarında 2,5 milyard ABŞ dolları satdığı 2020-ci ilin mart-aprel aylarında daha intensiv olub. Xarici valyutaya tələbin yenidən intensivləşməsi və ya neftin ucuzlaşması devalvasiya təzyiqini bərpa edə bilər", - deyə “Fitch”in analitikləri qeyd edirlər.
Bununla yanaşı, agentlik depozitlərin dollarlaşmasının (2019-cu ilin sonuna 61%) və kreditlərin dollarlaşmasının (35%) yüksək səviyyədə olduğunu qeyd edir. "Dollarlaşma səviyyəsi 2015-ci il böhranından sonra azalıb, lakin 2014-cü ilə qədərki göstəricilərindən yüksəkdir və milli valyutanın devalvasiyası zamanı potensial təsiri gücləndirir", - deyə məlumatda vurğulanır.
“Fitch” hesab edir ki, koronavirus pandemiyası və neftin ucuzlaşması bankların aktivlərinin keyfiyyətinə təsir göstərməyə davam edəcək. "Azərbaycan bankları 2015-ci ildəki devalvasiyadan sonra miras qalmış aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra hələ də bərpa olunsa da, zəif olaraq qalır. Problemli kreditlərin payı orta səviyyədədir və 2019-cu ilin sonuna olan 8,3%-dən 2020-ci ilin may ayına 7,3%-ə qədər azalıb. Buna səbəb Mərkəzi Bank tərəfindən dörd bankın lisenziyalarının geri çağırılmasıdır. 2017-ci ildə borcun restrukturizasiyasından sonra Azərbaycan Beynəlxalq Bankı (ABB) iri kapital buferləri və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə gəlirliliyə qayıtdı. Lakin hecləşdirilməmiş mövqe böyük olaraq qalır və 2020-ci ilin iyununda $0,7 milyard təşkil edir", - deyə məlumatda vurğulanır.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan Dünya Bankının "Biznesin aparılmasının asanlığı" göstəricilərində əhəmiyyətli irəliləyişə nail olub, lakin iqtisadiyyatın şaxələndirilməsi üçün böyük həcmdə qeyri-neft birbaşa xarici investisiyalar cəlb etmək qabiliyyəti qeyri-müəyyən olaraq qalır.
“Fitch” hesab edir ki, iqtisadi siyasətin strukturunda makroiqtisadi sabitliyi sarsıdan dəyişikliklər olarsa, Azərbaycanın reytinqi aşağı düşə bilər. Neftin davamlı olaraq ucuz qiyməti və iqtisadiyyata, bank sektoruna, maliyyə sektoruna və ya xarici mövqeyə əhəmiyyətli dərəcədə mənfi təsir edə biləcək daha uzunmüddətli xarici şoklar da reytinqə mənfi təsir göstərə bilər.
Eyni zamanda, nizamsız devalvasiya ehtimalını azaldan daha yüksək neft qiymətləri, hökumətin konsolidasiya edilmiş büdcə kəsirini azaltmaq və maliyyə aktivlərini və dövlət borcunun ÜDM-yə olan aşağı nisbətini qoruyub saxlamaq qabiliyyətinə əminlik reytinqin yaxşılaşmasına səbəb ola bilər.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət