2019-cu ildə dövlət obyektləri və torpaqlarının icarəyə verilməsindən Azərbaycanın dövlət büdcəsinin gəlirləri 11 milyon 440,3 min manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 15,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 11 milyon 440,3 min manat məbləğində vəsait (plan 8 milyon manat təşkil edib) daxil olub. Bu, 2018-ci ilin göstəricisindən 15,9%, 2019-cu il üçün proqnoz göstəricisindən isə 43% çoxdur”, - deyə məlumatda bildirilir.
Xüsusilə dövlət müəssisələrinin daşınmaz əmlakının icarəsindən daxilolmalar 115,1 min manat (azalma 7,9%, plan – 115 min manat), kommersiya müəssisələrinin daşınmaz əmlakının icarəsindən 2 milyon 605,4 min manat (artım 40,7%, plan – 1,7 milyon manat), özəlləşdirilən dövlət obyektlərinin torpaqlarının icarəsindən 8 milyon 719,8 min manat (artım 10,5%, plan – 6 milyon 185 min manat) təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə bu maddə üzrə dövlət büdcəsinə daxilolmalar 9 milyon 866,9 min manat təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət