Azərbaycan hökuməti 2022-ci ilədək ölkənin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasına qoşulması məsələsi barədə təkliflər hazırlayacaq.
Prezident İlham Əliyevin iyulun 22-də təsdiq etdiyi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda Nazirlər Kabinetinə Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasına Azərbaycan Respublikasının qoşulması məsələsi barədə təkliflər hazırlamaq tapşırılıb.
Nazirlər Kabineti və Dövlət Miqrasiya Xidməti 2020-2021-ci illərdə xidmət sektorunda işləyən miqrantlarla bağlı ölkədaxili vəziyyətin təhlili və onların insan alverinin qurbanına çevrilməsi risklərinin qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlamalıdır.
Bundan başqa, Nazirlər Kabinetinə insan alverindən zərər çəkmiş şəxslərə kompensasiya ödənilməsi institutunun təkmilləşdirilməsi, habelə İnsan alveri qurbanlarına kömək Fondunun fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər hazırlamaq tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları 2020-2024-cü illərdə regionlarda insan alveri qurbanlarına xidmət göstərən yeni sığınacaq və yardım mərkəzlərinin yaradılmasını və həmin mərkəzlərin fəaliyyətini təmin etməlidir.
Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Planın həyata keçirilməsində məqsəd insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət