Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində mahiyyət üzrə aparılmasına sadiqdir, həmsədrlərdən münaqişənin həlli ilə bağlı gələcək addımlara dair konkret təkliflər gözləyir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində mahiyyət üzrə aparılmasına sadiqdir. Biz Azərbaycan ərazilərinin işğaldan azad olunması və azərbaycanlı qaçqınların öz evlərinə qayıtmasının təminatı məqsədilə mahiyyət üzrə danışıqlar prosesinin davam etdirilməsinə dair həmsədrlərdən konkret planlar, konkret təkliflər gözləyirik”, - Hacıyev Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə yüksək səviyyədə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. “Ermənistan isə Azərbaycan ərazilərinin hərbi işğalı və ilhaqını davam etdirmək məqsədilə danışıqlar prosesindən sui-istifadə edir. Ermənistan hər vəchlə mühüm məsələlərin müzakirəsindən diqqəti yayındırmağa və simptomatik məsələlərə yönəltməyə çalışır”, - Hacıyev qeyd edib.
O əlavə edib ki, yenilənmiş Madrid prinsipləri münaqişənin nizamlanması və Ermənistanın işğalçı qüvvələrinin mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. “Bu yaxınlarda Sergey Lavrov (RF XİN başçısı) da bu faktı vurğulayıb. Minsk qrupunun özünün zaman çərçivəsində fəaliyyət planı olmalıdır, yəni, nə zaman Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş bu və ya digər rayonundan çıxacaqlar. Ermənistan tərəfi təsdiq etməlidir ki, danışıqlar prosesinə sadiqdir. Çünki indiyədək biz görmüşük ki, Ermənistan tərəfi yüksək səviyyələrdə bir tərəfdən gah birini deyir, gah da digərini. Onlar bütün səyləri ilə danışıqlar prosesinin formatı və mahiyətini pozmaq istəyirlər. Hətta humanitar məsələlərdə belə Ermənistan destruktiv xətt çizir”, - Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Bakıda həmsədrlərin fəaliyyətindən məmnun deyillər. “Mən açıq şəkildə onlara dedim ki, onların yalnız məlumatların çatdırılmasından ibarət fəaliyyət mexanizmləri səmərəli deyil. Onlar Ermənistan tərəfindən hansısa məlumat əldə edirlər, bu informasiyanı bizə çatdırırlar, sonra isə əksinə. Amma Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı dəqiq plan olmalıdır. O cümlədən, həmsədrlər vəziyyəti ümumi təhlil edərək fəaliyyətlərinin effektivliyinə nəzər yetirməli və konkret fəaliyyət planı təqdim etməlidirlər. Həmçinin, münaqişənin həlli ilə bağlı gələcək addımlar barədə konkret təkliflər təqdim etməlidirlər”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət