Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsini rəsmi Vaşinqton qarşısında qaldıracaq. Bunu səfir Örl Litzenberqer deyib.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş zamanı Litzenberqer bildirib ki, qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Bu barədə XİN-dən məlumat verilir.
“Baş verən təxribatın bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutlar mövcuddur. Dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmaq mümkün deyil. Bu qəbuledilməzdir və ABŞ ərazisində baş verməməli bir haldır”, - Litzenberqer bildirib.
Səfir əlavə edib ki, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyi baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq edib, məsələ ilə bağlı araşdırmalar aparılacaq və müvafiq tədbirlər görüləcək.
Öz növbəsində, Xələfov qeyd edib ki, dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.
“Milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın nüfuzuna xələl gətirir. Azərbaycan tərəfi buna qəti etirazını bildirir və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınayır. ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edilir”, - nazir müavini qeyd edib.
Xələfov, Azərbaycanın səfirliyi və Baş Konsulluğunun toxunulmazlığı və fəaliyyətinin təhlükəsizliyinin pozulması ilə müşayiət olunan hadisələrin araşdırılmalı olduğunu və təxribat törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib ki, iyulun 21-də Ermənistanın radikalDaşnaksütun partiyasının nümayəndələri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında iştişaşlar törədərək Azərbaycan icmasının nümayəndələrinə hücum çəkiblər.
«Los Ancelesdə yaşayan erməni daşnakları iyulun 21-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar”,- məlumatda deyilir.
Diplomatik missiyanın məlumatına görə, erməni daşnakları azərbaycanlılara qarşı zorakılığa cəhd ediblər. “Azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb. Toqquşmalar nəticəsində biri qadın olmaqla 7 azərbaycanlı müxtəlif xəsarətlər alıb. Bir polis əməkdaşı başından xəsarət alıb. Onlardan 4 nəfər xəstəxanaya müraciət ediblər”, - məlumatda deyilir.
Baş konsul Nəsimi Ağayev Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.
Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. “Baş Konsulluq erməni cinayətkarlarının bu məsələni Los Anceles meri və digər rəhbər şəxsləri qarşısında qaldıraraq, cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib", - diplomatik missiya qeyd edir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət