Azərbaycan hərraclar vasitəsilə bərpa olunan enerji mənbələri sahəsində 1000 MVt-a yaxın əlavə güclər yaratmağı planlaşdırır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“İlin sonuna kimi 240 MVt gücündə külək və 200 MVT gücündə günəş elektrik stansiyalarının tikintisinə başlamağı planlaşdırırıq. 400 milyon dollar investisiya hesabına tikiləcək bu stansiyalar hesabına illik 1.4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon qazı tullantısının azaldılması və yüzlərlə yeni iş yerlərinin yaradılması gözlənilir. Paralel olaraq, hərraclar vasitəsilə 1000 MVt-a yaxın əlavə güclərin yaradılması istiqamətində də hazırlıq görülür”, - deyə nazir ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxışı zamanı bildirib.
O, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, energetika sisteminin səmərəliliyinin artırılmasını və mərhələli şəkildə liberal bazar modelinə keçilməsini Azərbaycanın müasir enerji siyasətinin prioritetləri olduğunu diqqətə çatdırıb.
“Bu məqsədlə 4 yeni qanun layihəsi hazırlanıb, daha 2 yeni qanun layihəsi və Energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası işlənilir”, - deyə P.Şahbazov vurğulayıb.
2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb.
Hər iki layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək və 2022-ci ilədək kommersiya istismarına veriləcək.
Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycanın enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla 8,2% təşkil edir.
Energetika Nazirliyinin qarşısında elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması vəzifəsi durur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət