Azərbaycanda 2020-ci ilin 1 iyul tarixinə əmək müqavilələrinin sayı 1 milyon 661,7 min təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilir.
“2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə bağlanan əmək müqavilələrinin sayı 107,3 min artıb. İyulun 1-nə qeyri-neft və özəl sektorlarda bağlanan əmək müqavilələrinin sayı 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min artıb. Təhlillər göstərir ki, cari il əmək müqavilələrinin sayının artımı iqtisadiyyatın qeyri-neft və özəl sektorları hesabına baş verib”, - DVX-dən bildiriblər.
Əmək bazarında şəffaflığın yüksək dinamikası əmək haqqı fondunun həcminin artımı ilə bərabər işsizlikdən icbari sığorta və sosial ödənişlər xətti ilə daxilolmaların artımını şərtləndirib.
Belə ki, 2020-ci ilin birinci yarımilliyinin yekunları üzrə məcburi dövlət sosial sığorta ödənişləri 1 milyard 708,2 mln.manat təşkil edib, bu da proqnozdan 14,7% çoxdur (218,8 milyon manat). 2019-cu ilin müvafiq dövrünə nisbətən icbari sosial sığorta üzrə daxilolmalar isə 34,1% artaraq 434,6 mln. manat təşkil edib.
Həmçinin qeyd olunub ki, 2020-ci ilin yanvar-iyun aylarında İşsizlikdən sığorta Fonduna daxilolmalar 58,5 mln. manat təşkil edib, nu da proqnozdan 9,2% çoxdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə daxilolmaların artımı 24,5% təşkil edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət