“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri seçilib.
“Komitə “AmCham” üzvlərinin bank, maliyyə və sığorta sahəsində maraqlarını dəstəkləyir və təbliğ edir. Komitə maliyyə sektoruna təsir edən məsələlərin müzakirəsi üçün platforma rolunu oynamaqla yanaşı, həm də hökumət və dövlət qurumları ilə birlikdə sektorun maraqlarını müdafiə edir. “AmCham” iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox şirkəti birləşdirən ən böyük biznes birliyidir”, - bankdan məlumat verilir.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. O, “AccessBank”da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb. Həsənov 2018-ci ilin iyun ayından İdarə Heyətinin sədri vəzifəsində çalışır.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.
1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən şirkətləri özündə birləşdirən qeyri-kommersiya fəaliyyətli biznes assosiasiyasıdır. Təşkilatın əsas məqsədi Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və hökumət ilə özəl sektor arasında körpünün yaradılmasıdır.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət