Azərbaycan hökuməti 2020-ci il dövlət büdcəsinin parametrlərinə dəyişiklik etməyi planlaşdırır, layihə baxılmaq üçün parlamentə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirlərinin 10,5 milyon manat və ya 0,1% - 24 milyard 124 milyon manatadək azalması planlaşdırılır.
Gəlirlərin strukturunda əsas dəyişikliyin Dövlət Neft Fondundan transfertlərin xətti ilə edilməsi planlaşdırılır. Transfertlərin 7,5% və ya 850 milyon manat - 12,2 milyard manatadək artırılması təklif edilir. Hüquqi şəxslərdən mənfəət vergisi və əmlak vergisi istisna olmaqla demək olar ki, bütün vergi növləri üzrə daxilolmalarla bağlı proqnoz azaldılır.
Dövlət büdcəsi xərclərinin 597,5 milyon manat və ya 2,2% - 27 milyard 492,2 milyon manatadək artırılması planlaşdırılır. Dəyişikliklərə əsasən, səhiyyə xərclərinin 25,4% - 1 milyard 716,6 milyon manatadək, Prezidentin Ehtiyat Fondunun vəsaitlərinin 60% - 480 milyon manatadək, iqtisadi və digər islahatlar üçün xərclərin 18% - 1 milyard 231,08 milyon manatadək artırılması planlaşdırılır.
2020-ci il üçün dövlət kapital qoyuluşlarının həcmi 4 milyard 909 milyon manat səviyyəsində saxlanılacaq. Xərclərin qalan istiqamətləri üzrə müəyyən azaldılmalar nəzərdə tutulur.
Nəticədə dövlət büdcəsinin kəsiri daha əvvəl təsdiqlənmiş 2 milyard 760,2 milyon manata qarşı 3 milyard 368,2 milyon manatadək artırılır.
Bundan başqa, 2020-ci il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti $35-dək azaldılır (2020-ci il büdcəsində bir barel neftin baza qiyməti $55 məbləğində təsdiqlənmişdi).
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.
2020-ci il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 milyard 350 milyon manat məbləğində nəzərdə tutulub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət