Bakı Nəqliyyat Agentliyi (BNA) svetofor məntəqələrinin quraşdırılmasına, avadanlıqlara texniki xidmətin göstərilməsinə və lazımi avadanlıq və materialların alınmasına 2,7 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, BNA «Techmaster» MMC və «MOBIL-MMXA LTD» MMC ilə ümumi dəyəri 2 milyon 735 min 513,69 manat olan müqavilələr bağlayıb.
«Techmaster» MMC ilə bağlanmış müqavilə svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsini, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsini, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsini nəzərdə tutur. Müqavilənin dəyəri 2 milyon 69 min 545,29 manatdır.
«MOBIL-MMXA LTD» MMC ilə bağlanmış müqavilə yeraltı avtomobil qarajlarında ödəmə terminalları, kamera nəzarət sisteminin yenidən qurulması üçün avadanlıqlar, zəruri proqram təminatı, şəbəkə infrasturukturunun yenilənməsi, server və avadanlıqları üzrə lazımi mal, iş və xidmətlərin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 665 min 968,4 manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət