2020-ci ilin I yarısında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-iyun aylarında tətbiq edilmiş cərimələrin məbləği 52,6 milyon manat təşkil edib. Bu dövrdə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1565,7 min olub.
Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
“2020-ci ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq 1026 nəfər olub. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib”, - deyə məlumatda bildirilir.
Yol-nəqliyyat hadisələrinin 89,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1 faiz azalaraq 650 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Hadisələrin 41,7 faizi gündüz, 36,3 faizi gecə, 22,0 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət