Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.
Baş nazir Əli Əsədovin təsdiq etdiyi və Nazirlər Kabinetinin rəsmi saytında dərc olunmuş sənədə əsasən, Qaydalar hostellər, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinq, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binada mənzillər (otaqlar), dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri kimi yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin fəaliyyətinə şamil edilmir.
Mehmanxanada mütəmadi qaydada təmizləmə və dezinfeksiya işləri həyata keçirilməli, işçi heyət dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilməlidir. İşçi heyət və qonaqların maskadan istifadə etməsi məcburidir. Mehmanxana daxilində və ərazisində insanların kütləvi toplaşması ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməlidir.
Mehmanxananın bütün xidmət ərazilərində təmassız ödəniş üsullarına üstünlük verilir və bütün mümkün hallarda nağd ödənişlərin məhdudlaşdırılması təmin edilir. Ödənişlər nağd formada həyata keçiriləcəyi halda, ödənişi qəbul edən işçi dərhal sonra əllərini dezinfeksiya etməli, pulun qalığı qaytarılırsa, təmasdan yayınmaq üçün pul üçün ayrıca qab qoyulmalıdır. Qonaqların toxunduğu (toxunacağı) ödəniş terminalları hər bir qonaq tərəfindən istifadədən sonra mütləq 70 faiz spirt tərkibli məhlulla təmizlənir və dezinfeksiya edilir.
İşçi heyətlə qonaqların təmasını minimuma endirmək üçün qonaqların işçi heyətlə telefon, elektron poçt və (və ya) mobil tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır.
Mehmanxananın işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçirilməlidir.
Testin nəticələri qeydiyyata alınaraq saxlanılır. Testin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan, test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmiş şəxslərin işə başlamasına, habelə özü və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən test nümunələri götürülmüş şəxslərin test cavabları aşkarlanana qədər işə başlamasına icazə verilmir.
COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirlər. Qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol verilmir.
Mehmanxanaların daxilindəki bütün əyləncə obyektlərinin fəaliyyətinə (təkadamlıq su əyləncələri - sörfinq, skuter istisna olmaqla) icazə verilmir.
Hamam, sauna, buxar otaqları və jakuzilərdə adambaşına düşən sıxlıq norması 4 m2 sahəyə bir nəfər (işçi heyət də daxil olmaqla) həddində müəyyən edilməlidir. Hər SPA prosedurundan əvvəl və sonra əltəmizləyici vasitədən istifadə edilməlidir. İdman salonunda hər 6 m2 ərazi üçün 2 nəfərin olması müəyyən edilməlidir. Belə obyektlərə bədən hərarəti 37.5°C-dən çox olmayan şəxslər buraxılır.
Bu Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. Bu Qaydaların tələblərinə riayət edən mehmanxanalar Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət