Çərşənbə axşamı Özbəkistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə "Made in Uzbekistan Textile" onlayn biznes forumu öz işinə başlayıb.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov bu gün diplomatik missiyanın Bakıda açılışının 22-ci ildönümü münasibətilə tədbirdə qeyd edib ki, ikigünlük forum zamanı Azərbaycan və Özbəkistanın tekstil sənayesinin nümayəndələrinin intensiv şəkildə B2B görüşləri keçiriləcək.
“İki ölkənin biznes strukturlarının iştirakçılarının böyük marağı bizə bu biznes forumunun Özbəkistan-Azərbaycan münasibətlərinin gələcəkdə möhkəmlənməsi və inkişafında mərhələli hadisə olacağına əminlik verir”, - səfir bildirib.
Əşrəfxanov diplomatik missiyanın açılışının 22-ci ildönümünün forumun işə başlamasına təsadüf olunmasını simvolik hesab edir. “Özbəkistanın Azərbaycandakı səfirliyi nəinki ölkənin diplomatik nümayəndəliyidir, həm də Özbəkistan və Azərbacan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi, ölkələrimizin birgə nailiyyətlərinin artırılması üzrə məsuliyyətli vəzifəni icra edən halqadır, o cümlədən, ikitərəfli əlaqələrdə etibarlı körpü rolunda çıxış edir”, - diplomatik missiyanın rəhbəri əlavə edib.
Tədbir çərçivəsində həmçinin səfirliyin fəaliyyətinə həsr olunan xüsusi fotosərgi təşkil olunub, o cümlədən Özbəkistanın turizm potensialı, qədim unikal və zəngin və özünə xas olan mədəniyyətinin şah əsərləri nümayiş edilib. “Bu fotolardakı səfirilər və diplomatlarımızın, eyni zamanda azərbaycanlı qardaşlarımızın sifətlərində ildən ilə daha da möhkəmlənən qarşılıqlı səmimiyyət və mehribanlığı görmək mümkündür”, - Əşrəfxanov bildirib.
Bu günlərdə Bakıda diplomatik fəaliyyətə başlayan səfir jurnalistlərə məlumat verib ki, Azərbaycanın bölgələri ilə tanış olmaq niyyətindədir.
Onun sözlərinə görə, ASK sahəsində, həmçinin fındıq, nar və digər bitkilərin yetişdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsindən istifadə məsələlərində əməkdaşlığın inkişafı imkanları öyrəniləcək. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət