Energetika naziri Pərviz Şahbazov hesab edir ki, “OPEC plus” çərçivəsində qəbul edilmiş qərar hazırkı situasiyada yeganə mexanizmdir. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
““OPEC plus” razılaşmasının müsbət nəticələri göstərir ki, biz doğru qərar qəbul etmişik. Çalışırıq ki, bundan sonra da öhdəliyimizin 100 faiz icrasına nail olaq”, - deyə o, Qazaxıstanın energetika naziri Nurlan Noqayevin iştirakı ilə keçirilən videokonfransda bildirib.
“Videokonfransda “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti, həmçinin Qazaxıstan neft məhsullarının Azərbaycana çatdırılması” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının ikinci iclasının isə sentyabrda keçirilməsi təklifinə baxılıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan OPEC+ çərçivəsində hasilatın azaldılması üzrə öhdəliyini mayda 98%, iyunda 100,1%, iyulda 99,9% yerinə yetirib.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel - 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel - 620 min barelədək azaltmalıdır.
AÇG-də hasilat 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət