Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri, məktəblər, uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi sentyabrın 15-dən mərhələli şəkildə təşkil ediləcək.
Bu qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Qərara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin ediləcək: ümumi təhsil müəssisələrində: ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – 2020-ci il sentyabrın 15-dən; ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən; ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən. 2020-ci il sentyabrın 15-dən V-XI siniflərdə tədris distant (məsafədən) formada təşkil ediləcək.
Uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti oktyabrın 1-dən bərpa olunacaq.
Ali və orta təhsil müəssisələrində I kurs tələbələri üçün əyani formada tədris 2020-ci il oktyabrın 1-dən; II və yuxarı kurs tələbələri üçün 2020-ci il oktyabrın 15-dən (sentyabrın 15-dən distant formada) başlayacaq.
Epidemioloji vəziyyət əhalinin sağlamlığına təhlükə yaratdığı halda Səhiyyə Nazirliyi təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edə bilər.
Nazirlər Kabinetinin qərarı 2020-ci il noyabrın 2-dək qüvvədədir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət