SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması üçün avqustun 27-dən etibarən zavodun fəaliyyətini dayandırıb.
“BNEZ-də profilaktik təmir işləri hər il həyata keçirilir. Avqustun 27-də zavodun işi planlı təmir üçün dayandırılıb. Bu müddət ərzində zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində dayandırılmış qurğularda da bir sıra işlər həyata keçiriləcək. Beləliklə, NEZ-in müvəqqəti dayandırılması 1,5 ayadək davam edə bilər”, - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, BNEZ-in təmirə dayandırıldığı dövrdə Azərbaycana AI-92 markalı avtomobil benzininin idxalı yanacaq ehtiyatının kifayət qədər olması səbəbindən planlaşdırılmır.
"Ölkədə lokdaun nəticəsində mart-aprel aylarından etibarən yanacaq istehlakının səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da NEZ-in dayandırılması dövründə böyük həcmdə ehtiyat toplamağa, həm də artığın bir hissəsini ixrac etməyə imkan verdi. Proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən, AI-92 markalı benzinin yığılmış ehtiyatı NEZ-in planlaşdırılmış təmiri zamanı Azərbaycanda daxili tələbatı ödəmək üçün yetərli olmalıdır. Bu, çox güman ki, bu il bu yanacaq növünü idxal etməməyə imkan verəcək", - deyə Əhmədov bildirib.
O, həmçinin qeyd edib ki, BNEZ-in dayandırılması ilə əlaqədar "Azərkimya" İstehsalat Birliyinin bu zavoddan xammal alan kimya müəssisələrinin fəaliyyəti də onunla eyni vaxtda bərpa olunacaq.
"NEZ-in planlı təmiri zamanı “Azərkimya”nın xammalla təchizatında fasilə yaranır. Bu səbəbdən hər iki müəssisədə planlı təmir işləri adətən eyni vaxtda həyata keçirilir. Lakin “Azərkimya” avqustun 5-də planlaşdırılmış təmirə dayandırılıb. O vaxtdan bəri qurğuların təmiri, eləcə də pandemiya səbəbindən vaxtında həyata keçirilməsi mümkün olmayan işlərin bir hissəsi də daxil olmaqla, zavodun modernləşdirilməsi üzrə işlər aparılır. “Azərkimya” İB-nin fəaliyyəti müvəqqəti olaraq iki aya qədər dayandırılacaq. Hər iki zavodun təxminən eyni vaxtda işə salınması planlaşdırılır", - deyə SOCAR-ın nümayəndəsi vurğulayıb.
SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır. Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət