SOCAR sentyabr ayında Bakı-Novorossiysk neft kəməri ilə 160 min ton neft ixrac etməyi planlaşdırır.
“Sentyabrda Bakı-Novorossiysk neft kəməri ilə 160 min ton neft ixrac etməyi planlaşdırırıq”, - SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O xatırladıb ki, Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli 2020-ci il iyulun 17-də bərpa olunub. “O vaxtdan indiyədək bu marşrut ilə 170 min ton Azərbaycan nefti ixrac olunub”, - Əhmədov qeyd edib.
Öncə Əhmədov məlumat verib ki, ümumilikdə 2020-ci ilin sonunadək SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 585 min ton neft ixrac etməyi planlaşdırır.
SOCAR 2019-cu ildə sözügedən kəmərlə 824,4 min ton neft (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 36,5%) nəql edib.
Xəbər verildiyi kimi, SOCAR 2020-ci ilin yanvar ayından Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etməyib. Şirkət neft həcmlərini əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixraca göndərirdi.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.** N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət