Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, Yunanıstanın yeni hökuməti ikitərəfli əlaqələrin bərpası məqsədilə Azərbaycana dair siyasətini yenidən nəzərdən keçirəcək.
“Biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik”, - İlham Əliyev çərşənbə günü Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən bildirib.
Prezidentin sözlərinə görə, bu, Azərbaycan-Yunanıstan münasibətlərinin pesrpektivləri Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq.
“Düşünürəm ki, əməkdaşlığımıza mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq baş naziri Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10%-ni təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”, - Əliyev bildirib.
Onun sözlərinə görə, bu, çox məyusedici məsələ idi və ikitərəfli əlaqələrə ciddi təsir etdi.
“Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib. Yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik”, - Əliyev qeyd edib.
Öz növbəsində, səfir Yunanıstan-Azərbayan münasibətlərinin obyektiv qiymətləndirilməsinə görə prezident İ.Əliyevə minnətdarlığını bildirib. O vurğulayıb ki, Yunanıstanın yeni hökumətinin bütün sektorlarla bağlı məşğul olası çoxlu məsələləri var. O cümlədən, səfir əlavə edib ki, bu hökumətin əhəmiyyətli dərəcədə əhatəsi var.
“Hesab edirəm ki, Yunanıstanla Azərbaycanı birləşdirən daha çox şeylər var. Yeni hökumət sizinlə əlaqə yaratmaq üçün daha yaxşı yolları tapmaq məqsədilə zəruri olanı edəcəkdir. Həmçinin qeyd etmək istəyirəm ki, bizim fikrimizcə, sizin ölkəniz və bizim ölkəmiz üçtərəfli və ikitərəfli əməkdaşlıq aparan çox maraqlı ölkələrdir. Sizdə bu təcrübə zəngindir, sizdə hətta üçtərəfli diplomatiyanın nümunəsi var. Bizim də bir çox önəmli ölkələrlə, xüsusilə Şərqi Aralıq dənizi regionunda çox uğurlu üçtərəfli diplomatiyamız var”, - Piperiqkos bildirib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət