Azərbaycan hökuməti 2021-ci ildə dövlət büdəcindən 2 mlrd. 351,8 mln. manatı dövlət borcunun xidmətinə ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Malityyə Nazirliyindən məlumat verilir.
“Bu vəsaitdən 1 milyard 787,3 milyon manat birbaşa xarici dövlət borcunun xidmətin xərclərə, 417,4 milyon manat – dövlət zəmanəti ilə cəlb olunan öhdəliklərin təmin edilməsi, 147 milyon manat – daxili dövlət borcunun xidmətinə xərclərə yönəltmək planlaşdırılır”, - Maliyyə Nazirliyindən qeyd ediblər.
Bundan başqa, 2021-ci ildə hökumət beynlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində cari kredit sazişləri üzrə 609,5 milyon manat vəsaiti istifadə etməyi planlaşdırır.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə dövlət borcunun xidmətinə xərclər 1 milyard 908,5 milyon manat, 2023-cü ildə - 1 milyard 887,6 milyon manat, 2024-cü ildə - 1 milyard 851,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Beləliklə hökumət 2021-2024-cü illərdə dövlət borcunun idarə olunmasına xərcləri 21,3% azaltmağı planlaşdırır.
2020-ci ildə hökumət dövlət borcunun idarə olunmasına 1 milyard 726.2 milyon manat yönəltməyi planlaşdırır.
2020-ci il iyulun 1-nə Azərbaycanın dövlət borcu $9 milyard 813,3 milyon (16 milyard 682,6 milyon manat) və ya ÜDM-in 24,5%-nə bərabərdir. Maliyyə Nazirliyinin məlumatına əsasən, dövlət borcu strukturunda $8 milyard 960,3 milyon (15 milyard 232,5 milyon manat) və ya ÜDM-in 22,4%-i xarici borc, 1 milyard 450,1 milyon manat və ya ÜDM-in 2,1%-i – daxili borcun payına düşür.
Hökumətin qiymətləndirmələrinə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət borcunun həcmi $7,7 mlrd.-a qədər və ya ÜDM-in 14,1%-i azalmalıdır. ** Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət