RF müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov və Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən "Dəniz Kuboku" müsabiqəsinin qaliblərinə mükafatları təqdim ediblər.
Bu il birinci yeri eyni bal toplayan Azərbaycan və Rusiya komandaları bölüşüblər.
Yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən R.Tsalikov buna görə Azərbaycanın müdafiə naziri Zakir Həsənova təşəkkürünü bildirib.
"Azərbaycanın müdafiə naziri “Dəniz Kuboku"nun keçirilməsinin təşəbbüskarı olub və pandemiya və ya hər hansı digər risklərlə bağlı çağırışlara baxmayaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələri arasında dostluq və qardaşlıq nöqteyi-nəzərindən mühüm olan bu bayramın təşkil edilməsinə təkid edib", - deyə o vurğulayıb.
"Bəli, bu bir yarışdır. Bu gün bu yarışda eyni vaxtda iki komanda qalib oldu. Bu, əlamətdar haldır, çünki bugünkü yarışda uduzan olmadı", - deyə rusiyalı nazir müavini əlavə edib.
Onun sözlərinə görə, komandalar yüksək nəticələr göstəriblər.
Öz növbəsində, Vəliyev oyunların hərbçiləri ordu işlərində gələcək qələbələrə hazırladığını vurğulayıb. O, hər iki ölkənin hərbçilərinin yüksək peşəkarlıq səviyyəsini qeyd edib. "Komandalar eyni bal toplayaraq özlərini yaxşı tərəfdən göstərdilər. Nəticədə dostluq qalib gəldi", - deyə o bildirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət