«AzerGold» QSC 2020-ci ilin yanvar-avqust aylarında qızıl hasilatını 13,4%, qiymətli metal ixracını 32% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Yanvar-avqust aylarında cəmiyyət tərəfindən qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39,312 min unsiya qızıl hasil edilib (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 13,4%). Bu, hasilat üzrə planla müqayisədə 14% artım deməkdir. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68.5 milyon ABŞ dolları (116.4 milyon manat) məbləğində vəsait cəlb edilib. Cari ilin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32%, yaxud 16 milyon ABŞ dolları (28 milyon manat) çoxdur.
“Həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda “AzerGold” QSC-nin ixrac əməliyyatlarından ölkə iqtisadiyatına cəlb etdiyi valyutanın həcmində də artım qeydə alınıb”, - deyə məlumatda qeyd olunur.
Yanvar-avqust aylarında cəmiyyət tərəfindən dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödənilib. Bu vəsaitin 4.8 milyon manatı vergilərin, 1.2 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.
Ümumilikdə QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 milyon manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 milyon manatı vergilərin, 5,1 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.
Daha əvvəl “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimova istinadən verilən məlumata görə, şirkət 2020-ci ildə 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüş hasil edərək satışa yönəltməyi planlaşdırır. “AzerGold” cari ildə qızıl və gümüş hasilatını ən azı satış proqnozu səviyyəsində nəzərdə tutur.
2019-cu ildə “AzerGold” 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib, satışların həcmi 59,2 min unsiya qızıl və 110,9 min unsiya gümüş təşkil edib.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət