Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Dağlıq Qarabağda müharibəyə hazırlığın zəruriliyi ilə bağlı səsləndirilən çağırışı pisləyib.
““Qondarma separatçı DQR-in prezidenti Araik Arutyunyan” bu yaxınlarda təxribatçı bəyanatla çıxış edərək açıq şəkildə Azərbaycanla müharibəyə hazırlaşmağa çağırıb. Əziz Qarabağ erməniləri, siz azərbaycanlılarla ermənilər arasında müharibəyə hazırlaşmağa təhrik edən Arutyunyana və onun kimilərinə qulaq asmayın", - deyə Ağacanov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Qarabağ Erməniləri Hərəkatının rəhbəri, əksinə, Qarabağ ermənilərini sülhə hazırlaşmağa çağırır. "Razılığa gəlmək, kompromis qərar tapmaq olar və bu, lazımdır. Gəlin, realist olaq və sülhə hazırlaşaq, Azərbaycanla tam şəkildə danışıqlar prosesinə başlamaq lazımdır. Nə Arutyunyan, nə onun kimiləri, nə də yaxınları döyüşməyəcək. Onlar ruhən, mentalitet baxımından bizə yaxın olan azərbaycanlılara qarşı vuruşmaq üçün sizi (Qarabağ ermənilərini – İF) qabağa verəcəklər. Mən Qarabağdakı qohumlarım və dostlarımla ünsiyyətdə oluram. Onlar yeni müharibə, yeni itkilər və məhrumiyyətlər istəmirlər. Onları üçüncü tərəfin maraqları naminə Azərbaycan xalqı ilə döyüşməyə məcbur edirlər. Münaqişənin bütün tərəflərinə müraciət edirəm - təxribatlara uymayın", - deyə Ağacanov qeyd edib.
O, həmçinin münaqişənin həlli üçün Dağlıq Qarabağın erməni və Azərbaycanlı icmaları arasında daha sıx təmas qurulmasına çağırıb. "Sülh istəyən bütün ermənilərdən (belələrinin sayının kifayət qədər çox olduğuna şübhə etmirəm) Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasına cəsarətlə qoşulmağı xahiş edirəm. Sülhün alternativi yoxdur!", – deyə Ağacanov əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət