Türkiyə Azərbaycanla azad ticarət haqqında sazişin imzalanmasına yönəlib. Bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.
Cümə günü nazir Azərbaycan Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“2019-cu ilin yekunları üzrə Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarətin həcmi $4,4 milyard təşkil edib, lakin bu rəqəm iki ölkənin real potensialını əks etdirmir. Biz bu göstəricinin artırılmasına yönəlmişik. 2020-ci il fevralın 25-də iki ölkə arasında preferensial ticarət haqqında saziin imzalanması bu istiqamətdə mühüm addım oldu. Bizim məqsədimiz Azərbaycanla azad ticarət haqqında sazişin imzalanmasıdır”, - nazirliyin mətbuat xidməti Pekcanın sözlərindən sitat gətirir.
O cümlədən, nazir məlumat verib ki, Azərbaycan artıq preferensial ticarət haqqında sazişin ratifikasiya prosesini artıq başa çatdırıb. Yaxın zamanda Türkiyə parlamentində bu sənədin ratifikasiyası gözlənilir.
“Biz Azərbaycanla əməkdaşlıqdan məmnunuq. İnanırıq ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə daha keyfiyyətli işə və daha iri ticarət həcminə nail olacağıq”, - o bildirib.
Həmçinin, Pekcan bəyan edib ki, Türkiyə əsasən COVİD-19-a görə İran vasitəsilə Orta Asiyadan ixracı dayandırıb, bu da Transxəzər nəqliyyat marşrutunun cəlbediciliyini artırıb. “Ümid edirik ki, bu istiqamət, xüsusilə dəmir yolu ticarət üçün daha fəal istifadə olunacaq. Bu marşrut ilə yüklərin nəqli üçün tariflərin azaldılması məsələsi ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparılır”, - nazir qeyd edib.
O cümlədən, nazir vurğulaylb ki, Türkiyə Azərbaycanın axçıvan Muxtar Respublikasının kommersiya imkanlarının inkişafına böyük önəm verir və bununla əlaqədar artıq “müəyyən iş” aparılır.
Öncə Türkiyənin vitse-prezidenti Fuad Oqtay bəyan edib ki, Bakı və Ankara 2023-cü ilədək ticarət dövriyyəsini $15 milyarda çatdırmaq niyyətindədir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət