2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın ABŞ iqtisadiyyatına birbaşa investisiyaları $167,364 milyon təşkil edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 4,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə ABŞ Azərbaycan investisiyalarının yönəldildiyi ölkələr arasında birinci yeri tutub. Yarım il ərzində Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcminin 25,5%-i ABŞ-ın payına düşüb.
İnvestisiyaların həcminə görə ikinci yerdə Avstriya gəlir. Yanvar-iyun aylarında Azərbaycan investisiyalarının 12,8%-i - $84,014 milyon (artım 3,6 dəfə) bu ölkəyə yönəldilib.
Üçüncü yerdə Böyük Britaniya ($83,956 milyon – azalma 39,2%) qərarlaşıb.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan investisiyalarının yönəldildiyi ölkələrin onluğuna Monteneqro ($78,902 milyon), Bəhreyn ($44,955 milyon), Malta ($41,39 milyon), Rusiya ($41,151 milyon), Türkiyə ($39,164 milyon), İsveçrə ($24,424 milyon) və Gürcüstan ($16,936 milyon) daxil olub.
Bütövlükdə, 2020-ci ilin birinci yarısında Azərbaycandan xaricə birbaşa investisiyalar $655,521 milyon (azalma 2,1 dəfə) təşkil edib. Bu azalma hesabat dövründə Türkiyə iqtisadiyyatına birbaşa investisiyaların 18,5 dəfə azalması ilə izah olunur.
2020-ci ilin birinci yarısında ən çox birbaşa investisiya qoyuluşları - $773,849 milyon (artım 34,2%) və ya ümumi həcmin 36,7%-i Böyük Britaniya şirkətləri tərəfindən həyata keçirilib.
İkinci yerdə Türkiyə ($258,869 - artım 0,4%, ümumi həcmin 12,3%-i), üçüncü yerdə ABŞ ($210,832 milyon - artım 36,8%, ümumi investisiyaların 10%-i) qərarlaşıb.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına yatırım etmiş investorların ilk onluğuna Yaponiya ($159,815 milyon), Rusiya ($139,855 milyon), Malayziya ($134,903 milyon), Kipr ($93,989 milyon), Norveç ($91,051 milyon), İran ($86,804 milyon) və Hindistan ($28,623 milyon) da daxil olub.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa xarici investisiyalar $2 milyard 107,003 milyon (artım 23,5%) təşkil edib.*
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət