Dünya Bankı (DB) Azərbaycanın son 10 ildə təhsil və səhiyyə sahəsində irəliləyişə nail olduğunu qeyd edir və eyni zamanda, insan kapitalının inkişafına sərmayə qoyuluşunu artırmağa çağırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, DB-nin bu gün dərc olunmuş yeni İnsan Kapitalı İndeksində (İKİ) 103 ölkənin 2010-2020-ci illər ərzində insan kapitalı sahəsində inkişafı təhlil edilib.
Hesabata görə, Azərbaycan səhiyyə və təhsilin inkişafında ən çox irəliləyişə nail olmuş 10 ölkə sırasına daxil olub.
Bununla yanaşı, DB qeyd edir ki, koronavirus (COVID-19) pandemiyası və onun nəticəsində müəyyən məhdudiyyətlərin tətbiqi əldə edilmiş nailiyyətləri təhlükə altına qoyur.
Azərbaycanın İKİ göstəricisi 0,58-ə bərabərdir, yəni bugünkü şəraitdə Azərbaycanda doğulmuş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 faizinə nail olacağı gözlənilir. Bu, yuxarı-orta gəlirli ölkələr üzrə orta göstəriciyə uyğundur.
DB-nin qiymətləndirmələrinə görə, Azərbaycan indeksi yaxşılaşdırmaq potensialına malikdir, belə ki, məsələn, Polşanın göstəricisi 0,75 təşkil edir.
Ermənistanın İKİ göstəricisi 0,58, Gürcüstanın isə 0,57 təşkil edir.
DB vurğulayır ki, son 10 ildə Azərbaycan ana ölümünün əhəmiyyətli dərəcədə azalmasına və uşaqların inkişafı məsələlərində yaxşılaşmaya nail olub. Eyni zamanda, təhsil prosesində qeyri-bərabərlik artır: daha yüksək gəlir səviyyəsinə malik ailələr daha keyfiyyətli təhsil ala bilərlər (təhsilin keyfiyyətindəki fərq təhsil prosesində qeyri-bərabərliyə görə üç il təşkil edə bilər). DB Azərbaycan vətəndaşlarının tibbi xidmət xərclərinin 79%-nə qədərini öz vəsaitləri hesabına ödəmələrini səhiyyə sahəsində mənfi məqam hesab edir.
Hesabatda qeyd olunur ki, təhsil sahəsində insan kapitalının inkişafı üçün Azərbaycanda uşaqların erkən təhsil proqramlarına cəlb olunması genişləndirilməli və ali təhsilin aktuallığı yaxşılaşdırmalıdır. Səhiyyə sahəsində sistemin xroniki xəstəliklərə reaksiyası gücləndirilməli və bu sahəyə ayrılan maliyyə vəsaitlərindən daha səmərəli istifadə olunması təmin edilməlidir. DB sosial müdafiə və məşğulluq sahəsində ölkənin ən həssas təbəqələrini dəstəkləmək üçün sosial yardıma investisiyaların artırılmasını və aktiv əmək bazarı proqramlarının əhatə dairəsinin genişləndirilməsini tövsiyə edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət