Azərbaycanın qeyri-neft ixracı 2024-cü ilədək qədər $4 milyarda, ixracın ümumi həcmində payı isə 20%-ə qədər arta bilər. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, "Qazprombank"ın (QPB) analitikləri belə hesab edirlər.
"Azərbaycan ortamüddətli perspektivdə qeyri-neft ixracının inkişaf Strategiyasını reallaşdırmağı planlaşdırır. 2020-ci ilin ikinci yarısında hazır olacaq Strategiya 2024-cü ilədək qeyri-neft ixracının həcminin ən azı $3 milyarda qədər artırılmasını nəzərdə tutacaq. Qiymətləndirmələrimizə görə, ixracın ümumi həcmində qeyri-neft ixracının payı (ilin yekunları üzrə ixracın 20%-ə qədər azalacağı nəzərə alınmaqla) 2024-cü ilə kimi təxminən 15% təşkil edəcək", - deyə QPB-nin hesabatında bildirilir.
QPB Azərbaycanın qeyri-neft ixracının 2024-cü ilə qədər $3 milyardlıq səviyyəyə çatmasını qeyri-neft ixracının 15%-dən çox olmayan illik artım tempini tələb edən baza ssenarisi kimi nəzərdən keçirir.
"Biz, həmçinin qeyri-neft ixracının $1 milyard səviyyəsində artımının asanlıqla əldə edilə bilən rəqəm olduğunu, Azərbaycanın yüksək ixrac potensialını, eləcə də dəstəkləyici tədbirlər sayəsində ötən il 36,3% səviyyəsində rekord artımı (qeyri-neft ixracında $3 milyardlıq hədəf səviyyəsinə çatmaq üçün zəruri orta illik artımdan 2,6 dəfə çox) nəzərə alaraq ölkənin qeyri-neft ixracının artımı üzrə alternativ ssenarini də qiymətləndirmişik", - deyə analitiklər hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, əgər 2021-ci ildə qeyri-neft ixracının artım tempi böhrandan əvvəlki 2019-cu il səviyyəsinə qayıtsa və təxminən 35% (sonrakı düzəlişlə 15%-dək) təşkil edərsə, 2024-cü ilə qədər qeyri-neft ixracı $4 milyarda, ümumi ixrac həcmində payı isə 20%-ə yaxınlaşa bilər.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan $1 milyard 35 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,6% azdır.
2019-cu ildə Azərbaycanın qeyri-neft ixracı $1 milyard 954 milyon təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət