Sentyabrın 22-də Avrasiya İqtisadi Komissiyasının (AİK) kollegiyası Azərbaycandan və Çindən alüminium lentlərin idxalına beş il müddətinə antidempinq tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edib.
"İnterfaks-Azərbaycan" agentliyinin komissiyanın qərarına istinadən verdiyi məlumata görə, Azərbaycanda istehsal olunan alüminium lentlərin tədarükü üçün rüsum 16,18%, Çində istehsal olunan alüminium lentlərin tədarükü üçün rüsum isə 13,14% təşkil edəcək.
"Sözügedən tədbirlər sayəsində rəqabət səviyyəsinin bərabərləşdirilməsi nəticəsində Avrasiya İqtisadi İttifaqının mövcud sərbəst istehsal güclərinin (7 müəssisə) bazarın tələbatını tam şəkildə təmin edəcəyi gözlənilir", - deyə Avrasiya İqtisadi Komissiyasının ticarət naziri Andrey Slepnev bildirib.
Antidempinq rüsumunun tətbiq olunacağı alüminium lentlər xüsusən tikinti sənayesində, elektrotexnikada, həmçinin soyuducu qurğuların, radiatorların, jalüzlərin və s.-nin hazırlanmasında istifadə olunur. Bu tədbir alüminium bankaların istehsalı üçün nəzərdə tutulan məhsullara şamil edilməyəcək.
AİK kollegiyasının qərarı rəsmi qaydada dərc edildiyi tarixdən etibarən 30 təqvim günü sonra qüvvəyə minəcək.
Azərbaycan və Çindən alüminium lentlərlə bağlı antidempinq araşdırması 7 may 2019-cu il tarixində Alüminium istehsalçıları, təchizatçıları və istehlakçıları Birliyinin təqdim etdiyi ərizəyə baxılması nəticəsində başlanıb. Araşdırma zamanı dempinq idxalının mövcudluğu və onun Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin iqtisadi sahəsinə maddi ziyan vurduğu aşkarlanıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət