Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda təlaş hökm sürür ki, bunu əssasız adlandırmaq olmaz, erməni tərəfi Azərbaycan Ordusunun əks-hücumu ilə əlaqədar itkilər səbəbindən kəskin “qan çatışmamazlığı” duyur. Bunu politoloq Fuad Axundov deyib.
“Azərbaycan Ordusu əks-həmlə nəticəsində irəliləyir. Ermənistan itkilər verir və “mövqelərin itirilməsini” istəməsə belə, etiraf edir. Eyni zamanda, Ermənistan Səhiyyə Nazirliyi çağırış edir: təcili qan lazımdır! Sonra daha bir çağırış olub, artıq II və III qan qrupuna malik olan şəxslərə ünvanlanır. Bu cür çağırışlar, birincisi, Ermənistanda təxribatlar təşkil olunarkən nəticələrini və ümumiyyətlə itkilərinin miqyasını hesablamadıqlarının aydın əlamətidir. İkincisi, çox ciddi demoqrafik problemlərin olduğu ölkələrdə çox sayda donorlara ümid olmaq mümkün deyil. Üçüncüsü, Ermənistanda “qan xidməti” özünü heç də yaxşı tərəfdən göstərmir”, - Axundov “İnterfaks-Azərbaycan”a bildirib.
Politoloq bir məqamı xatırlamağa çağırıb: bu yaxınlarda Ermənistanda çox təmtəraqlı şəkildə qan bankının açılışı olub, Robert Koçaryanın həyat yoldaşı donor qan verib. Daha sonra isə bu “bankda” qanın sırf erməni qanı olması ilə bağlı nasist fikirlər səsləndirib. “Bununla da bir daha təsdiq edib ki, Ermənistan hökuməti faşist ideologiyasını etiqad edir. Həm çoxmillətli Qafqazda Ermənistanın monoetnik olması, həm Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılan Hitlerin əlaltısı olan Njdeyə abidənin ucaldılması və s. bunu sübut edir”, - o qeyd edib.
Axundov erməni vətəndaşlarını “qanın qiyməti” barədə düşünməyə çağırıb. “Ermənistanın Azərbaycana qarşı təcavüzünün əsas səbəbi olan indiki insanlığa zidd ideologiya olmasaydı, hazırki vəziyyətdə Ermənistanda donor qanına sadəcə olaraq ehtiyac olmazdı, lazım olsaydı belə, bu millətin sayca az olması səbəbindən etnik təmiz erməni qanı kifayət deyil”, - politoloq əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət