Azərbaycan vətəndaşlarının 90%-i hərbi əməliyyatlar nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərin tam azad olunacağına inanır. Bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.
“Mərkəz tərəfindən 2700 nəfər arasında “İkinci Qarabağ Müharibəsi” mövzusunda sorğu aparılıb. Qeyd etmək istərdim ki, sorğu sentyabrın 27-dən əvvəl keçirilib”, - Oruc bu gün brifinqdə bildirib.
Sorğuya əsasən, 89,6% hərbi əməliyyatlar keçiriləcəyi halda Qarabağ və ətraf 7 rayonun tam azad olunacağına inanır.
Onun sözlərinə görə, respondentlərin 94%-dən çoxu hesab edir ki, Azərbaycan xalqı və dövləti hərbi əməliyyatlara hazırdır.
“Respondentlərin 98%-dən çoxu Ordunun gücünə inamının yüksək olduğunu bəyan ediblər. Bundan başqa, 93%-i hərbi kampaniyanın uğurla başa çatacağını inanırlar. Bununla belə, respondentlərin 89,6%-i ikinci Qarabağ müharibəsinin işğal olunmuş Azərbaycan ərazilərinin tam azad olunmasına gətirəcəyini bəyan ediblər”, - Oruc bildriib.
STM sədri vurğulayıb ki, respondentlərin əksəriyyətinin rəyinə görə (99,8%) Azərbaycan Türkiyənin zəruri dəstəyinə ümid edə bilər. Respondentlərin 98%-i Pakistanın, 93%-i – Ukraynanın, 87%-i – İsrailin, 71%-i - Gürcüstanın, 70%-i - Belarusun dəstəyinə əmindir.
Oruc qeyd edib ki, respondentlərin 50%-i hərbi əməliyyatlar başlayacağı təqdirdə özlərini təhlükəsiz şəraitdə hiss edəcəklərini, 28%-i – qismən təhlükəsizlikdə olacaqlarını bildiriblər, 20%-ə yaxın isə müəyyən təhlükələrin olacağını hesab edirlər.
Bundan başqa, respondentlərin 81,8%-i ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyətinə mənfi münasibət bildirib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət