Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərin qaytarılması uqrunda mübarizəni davam etdirməyə tam yönəlib. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Bakıya hazırki səfərim Azərbaycana dəstək və həmrəylik mənası daşıyır. Azərbaycan Ordusu öz torpaqlarının qaytarılması uğrunda vacib mübarizə aparır və bunu çox uğurla həyata keçirir. Biz hiss edirik ki, Azərbaycan öz ərazilərinin işğaldan azad olunması uğrunda mübarizəni davam etdirmək zəminindədir və biz öz tərəfimizdən onun yanında olmağa hazırıq. Bakı işğal olunmuş ərazilər problemini özünün həll etməsi üçün mənəvi və hüquqi haqqa malidkir”, - Çavuşoğlu TRT telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O əlavə edib ki, Türkiyə Azərbaycanın öz torpaqlarının azad olunması uğrunda mübarizədə haqlı olduğunu dünya birliyinə izah etməyi planlaşdırır, çünki “bir çox ölkələr Azərbaycan ərazilərinin təxminən 30 ildir ki, işğal altında olduğunu bilmirlər”.
“Bu gün Azərbaycan öz torpağında erməni təcavüzü və terrora qarşı mübarizə aparır və biz bunu izah edəcəyik. Bakıya hazırki səfərim zamanı biz birlikdə necə işləyə biləcəyimiz və hüquqlarımızın qorunması üçün nə etməli olduğumuz barədə danışdıq. Hamı atəşkəs barədə danışır. Atəşkəsin faydası nədir? Atəşkəs Azərbaycan torpaqlarının azad olunmasını təmin edəcəkmi? Xeyr. İndi bu məsələ sonunadək həll olunmalıdır, bir çıxış yolu var – Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır”, - o əlavə edib.
Çavuşoğlu vurğulayıb ki, Bakıda danışıqlar zamanı Azərbaycan rəhbərliyindən Qarabağ məsələsində gələcək birgə fəaliyyətə dair təkliflər əldə edib, azərbaycanlı həmkarı ilə onları ətraflı müzakirə edib. “İndi bu təkliflər Ankara tərəfindən dəyərləndiriləcək”, - o əlavə edib.
Münaqişənin qısa zamanda həlli imkanından danışan nazir qeyd edib ki, “bu, yalnız Ermənistan silahlı qüvvələrinin Azərbacanın işğal olunmuş ərazilərindən çıxarılması zamanı mümkündür”.
“Cənubi Qafqazda sabitliyin əldə olunması üçün bu problem həll olunmalıdır. Bu problemin həlli üçün Dağlıq Qarabağ daxil olmaqla,Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın çıxması üzrə konkret addım atılmalıdır”, - o bildirib. **
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət