Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunda əməliyyat-axtarış çıxışları zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kasetli mərmi aşkarlanıb. Bunu Bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.
“Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kaset döyüş başlıqlarından istifadə olunur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir. Hazırda Goranboy rayonu ərazində iki məntəqədə kasetli mərmi aşkarlanıb. Agentliyin əməliyyat qrupu hazırda həmin ərazidədir və axtarış tədbirləri davam edir. Axtarış işləri tam yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək”, - ANAMA İsmaylovun sözlərindən sitat gətirir.
İsmayılovun sözlərinə görə, əvvəllər Beyləqan rayonunda da kaset bombaların çanaq hissəsi aşkarlanmışdı. Bundan başqa, Gəncə şəhərinə raket zərbəsi endirən zaman beynəlxalq konvensiyalarla qadağan edilən kasetli bombalardan istifadə edilib. Kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.
“Operativ və əməliyyat-axtarış çıxışları nəticəsində Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına və digər ərazilərə baxış keçirilib, 67 ədəd müxtəlif növ partlamamış hərbi sursat, hərbi məqsədlər üçün istifadə olunan 2 ədəd metroloji radiopelenqator, o cümlədən 94 ədəd partlamış mərmi qalıqları aşkarlanaraq götürülüb. Hazırda agentliyin 24 əməliyyat-axtarış qrupu regionlarda əməliyyat axtarış tədbirlərini davam etdirirlər”, - İsmayılov əlavə edib. **
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət