Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə sülh və konstruktiv danışıqların tərəfdarıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistanın baş naziri bunları rədd edir”, - deyə dövlət başçısı “CNN International” televiziya kanalının “Connect the World” verilişində verdiyi müsahibəsində bildirib.
O vurğulayıb ki, Azərbaycan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun bütün həmsədrləri ilə təmasdadır. “Mən prezident Putinə oktyabrın 7-də onu ad günü münasibətilə təbrik etmək üçün zəng etdim. Onun ad gününün bu hadisələrlə üst-üstə düşməyi bir təsadüf idi. Ona görə də əlbəttə ki, biz bu məsələni müzakirə etdik. Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. Bu prinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdə deyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtında Azərbaycana qaytarılmalıdır. Siz mənim qrafiklə bağlı bəyanatıma istinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icad etməmişəm. Qarşı çıxan Ermənistandır”, - deyə prezident qeyd edib.
İ.Əliyevin sözlərinə görə, əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, Azərbaycan danışıqlara hazırdır.
O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistanın ikitərəfli məsələsidir.
“Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Vasitəçilər var, onların mandatı var. Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər. Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz”, - deyə dövlət başçısı əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət