Moskvada keçirilən danışıqlar masası ətrafında Türkiyənin olmaması Ankaranın Qarabağda hərbi əməliyyatlarda iştirakına dair ittihamların əsassız olduğunu sübut etdi. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bütün bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn, Türkiyəni daha da iblisləşdirmək. Təəssüf ki, Qərbdə bu məqsəd müasir siyasi modanın hansısa normasına çevrilir. Bu, tamamilə əsassızdır. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq hüququnu qoruyur. Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Buna görə əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır”, - Əliyev Rusiyanın RBK telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, ikinci səbəb - Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq idi.
«Belə təsəvvür yaratmaq cəhdidir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Xeyr, biz öz torpaqlarımızı özümüz azad etmişik. Belə adlandırılan “müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində, belə ordu yox idi. Üçüncüsü, onlara dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi. Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə Azərbaycanın çoxşaxəli iqtisadi və siyasi əlaqələri var. Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdilliklə seçilmişik. Buna görə Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə yalandır”, - Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küyü üçün əsas olsaydı, bugünkü bəyanat olmazdı. “Bu bəyanat mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi», - Azərbaycan lideri əlavə edib. **
Ə.Məmmədov, A.Əzizov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət