“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Kredit reytinqinin proqnozu “sabit”dən “mənfi”yə düşüb.
"Mənfi proqnoz bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi fonunda Azərbaycanın maliyyə göstəriciləri, xarici balans və makromaliyyə sabitliyi üçün artan riskləri, həmçinin münaqişənin Azərbaycanın iqtisadi artım perspektivlərinə təsiri və xarici investorların etimadının sarsılması mümkünlüyünü əks etdirir", - deyə məlumatda qeyd olunur.
Agentliyin mütəxəssisləri davam edən münaqişənin inkişafı və onun Azərbaycanın kredit profilinə təsir dərəcəsi ilə bağlı qeyri-müəyyənliyi qeyd edirlər.
"Yaxın gələcəkdə münaqişənin sülh yolu ilə siyasi həllinə nail olunub-olunmayacağı bizim üçün qeyri-müəyyəndir, bununla belə, hərbi münaqişənin uzanması daha çox ehtimal olunur. Bu, iqtisadiyyatının bu il neftin ucuzlaşmasından və COVID-19-dan zərər çəkdiyi Azərbaycan üçün bir sıra iqtisadi və maliyyə riskləri yarada bilər. Hesab edirik ki, rezidentlərin əmanətlərinin xarici valyutaya konvertasiyası və dollarla olan depozitlərin banklardan mümkün axını sürətlənərsə, qısamüddətli perspektivdə bank sistemində valyuta likvidliyi azala bilər. Bu, xarici valyutaya artan tələbin ödənilməsi cəhdində xarici ehtiyatların tükənməsinə gətirib çıxara və hazırda reytinqin əsas qüvvəsi olaraq nəzərdən keçirdiyimiz xarici balansı zəiflədə bilər", - deyə “S&P” mütəxəssisləri qeyd edirlər.
Mütəxəssislərin sözlərinə görə, Azərbaycan banklarının kredit portfelinin dollarlaşma səviyyəsinin 32% təşkil etdiyini nəzərə alaraq maliyyə sektorunun sabitliyinə yönələn risklər Azərbaycanın valyuta rejimi üçün potensial təhlükə səbəbindən əhəmiyyətli dərəcədə arta bilər.
Ekspertlərin fikrincə, hərbi qarşıdurmanın güclənməsi şəraitində Azərbaycanın maliyyə göstəriciləri müdafiə, zərər çəkmiş ev təsərrüfatlarına sosial dəstək və ciddi şəkildə zədələnmiş mülki infrastrukturun bərpası xərclərinin artması nəticəsində son dərəcə pisləşə bilər.
“Fiskal təzyiq karbohidrogenlərin satışından əldə edilən gəlirlərin və koronavirusun təsiri ilə qeyri-neft sektorundan yığılan vergilərin azalmasından qaynaqlanır. Artan mənfi risklərdən asılı olaraq 2020-2021-ci illərdə Azərbaycanın ümumi büdcəsinin saldosunda müvafiq olaraq 6,5% və 1,5% kəsir yaranacaq”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət