2020-ci ilin yekunları üzrə Azərbaycanın bank sistemində problemli kreditlərin payı 2019-cu ilin sonuna olan təxminən 8%-dən 12-15%-nə çata bilər. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, “S&P Global Ratings” agentliyinin analitikləri hesab edirlər.
"Hesab edirik ki, Ermənistanla hərbi münaqişə “S&P Global Ratings” agentliyinin reytinqlərinə malik olan Azərbaycan banklarına birbaşa təsir etməyəcək, halbuki bu vəziyyət Azərbaycanın suveren reytinqi üzrə proqnoza yenidən baxılmasını (kredit reytinqinin proqnozu “sabit”dən “mənfi”yə düşüb) şərtləndirilib", - deyə agentliyin məlumatında bildirilir.
“S&P Global Ratings” agentliyi Azərbaycanın 3 bankına - "Kapital Bank" ASC ( BB-/Sabit/B), "PAŞA Bank" ASC (B+/Sabit/B) və "Muğanbank" ASC-yə (CCC+/Mənfi/C) reytinq verib.
"Bu yaxınlarda makroiqtisadi təzyiqlərin və qeyri-müəyyənliyin artmasına baxmayaraq, hesab edirik ki, Azərbaycan banklarının cari reytinqləri hələ münaqişənin gərginləşməsindən əvvəl əsas mənfi aspektləri, yəni: yüksək kredit risklərini, həmçinin iqtisadiyyatın dövriliyi və keçmişdə qeydə alınmış aqressiv kreditləşmə praktikası ilə bağlı riskləri nəzərə almışdır", - deyə məlumatda qeyd olunur.
“S&P” qeyd edir ki, 2020-ci ildə Azərbaycan banklarına münasibətdə bir sıra reytinq tədbirləri həyata keçirilib, çünki biznesin və mənfəət göstəricilərinin artım perspektivləri ilə bağlı risklərin arta biləcəyi ehtimal olunurdu.
"Bu gözləntilər mövcud xarici iqtisadi risklərlə yanaşı, son nəticədə Azərbaycan banklarının kapital ehtiyatlarına, həmçinin aktivlərinin keyfiyyətinə və ehtiyat bazasının sabitliyinə təzyiq göstərə bilərdi. Makromaliyyə sabitliyindən başqa, Azərbaycanın suveren reytinqləri üzrə proqnoz büdcə göstəriciləri və xarici balans kimi amillərlə də şərtlənib", - deyə analitiklər hesab edirlər.
“S&P” hesab edir ki, 2020-ci ilin yekunları üzrə Azərbaycanın bank sistemində problemli kreditlərin payı kreditlərin ümumi həcminin 2019-cu ilin sonuna olan təxminən 8%-dən 12-15%-nə çata bilər.
"2020-ci ildə Azərbaycanda yeni kreditlərin verilməsinin artım tempi azalıb, kreditlər üzrə mümkün itkilərlə bağlı ehtiyatların yaradılması xərcləri orta hesabla bankların kredit portfellərinin 4%-dək artıb (2015-2019-cu illər ərzində orta göstərici ilə müqayisədə 3,2%). Bu ona gətirib çıxaracaq ki, bəzi banklar maliyyə nəticələrini yalnız zərərsizlik səviyyəsində nümayiş etdirə biləcək", - deyə məlumatda qeyd olunur.
“S&P” bankların fondlaşdırılma profillərinə təzyiqin artmasının mümkünlüyünü qeyd edir. “Rezidentlərin öz əmanətlərini xarici valyutaya daha fəal şəkildə konvertasiya edəcəyi və ABŞ dolları ilə olan depozitlərin axınının sürətlənəcəyi halda qısamüddətli perspektivdə ölkənin bank sistemində valyuta likvidliyinin həcmi azala bilər. Bildiyimiz kimi, bu günə qədər nə rezidentlərin əmanətlərinin xarici valyutaya konvertasiyasının həcmində artım, nə də onların banklardan çıxarılması faktları qeydə alınmayıb", - deyə agentliyin analitikləri hesab edirlər.*
A.Əzizov
Qarabağ və Şərqi Zəngəzura 987 ailənin köçürülməsi təmin edilib
Rəsmi Bakı Aİ diplomatiyasının rəhbərini Azərbaycana qarşı açıq qərəzlilikdə ittiham edib
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Rusiya və İran Qərbin sanksiyalarına qarşı mübarizə haqqında bəyannamə imzalayıb
İsrail “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
NATO: Türkiyə ilk dəfə olaraq hava məkanının patrul xidməti üçün Rumıniyaya bir qrup qırıcı göndərib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək