Fransa açıq şəkildə ermənipərəst bəyanatları ilə Azərbaycana qarşı çıxış edir, bu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mandatına ziddir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilir. Baxmayaraq ki, mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməlidir, o, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”, - Hacıyev bəyanatında qeyd edib.
Eyni zamanda prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın heç bir rolu olmayıb. Hacıyev hesab edir ki, “yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir”.
“ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir”, - Hacıyev hesab edir.
O qeyd edib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünün bərpaına sevinməlidiri, qarşı çıxmalı deyil, bununla o, 1 milyona yaxın azərbaycanlı məcbur köçkün və qaçqınların hisslərini təhqir edir.
“Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir», - Hacıyev bildirib.
O, həmçinin əlavə edib ki, Fransa tərəfinin Azərbaycanın Şuşa şəhərinin adının təhrif edilməsi onun açıq şəkildə ermənipərəst siyasətini nümayiş etdirir.
“Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır”, - Hacıyev vurğulayıb. **
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət