Britaniyanın "Anglo Asian Mining" şirkəti (AAM - Azərbaycanın qızıl yataqlarının işlənməsi üzrə operator) 2020-ci il üçün qiymətli metalların hasilatı üzrə proqnozu 68-72 min unsiya qızıl ekvivalentinə qədər azaldıb. Bu barədə şirkətin məlumatında deyilir.
"2020-ci il üçün qiymətli metalların hasilatı üzrə yenidən baxılmış proqnoz 68 min unsiya qızıl ekvivalentindən 72 min unsiya qızıl ekvivalentinədək təşkil edir. Bu azalma əsasən mühəndis heyətinin bir hissəsinin hərbi xidmətə çağırılması ilə əlaqədar "Gədəbəy" qızıl yatağında aparılan yeraltı işlərdəki bəzi gecikmələrdən, həmçinin dağ süxurlarının çatlaması səbəbindən tunel çəkilişinin ləngiməsindən qaynaqlanır", - deyə məlumatda bildirilir.
2019-cu ildə “Anglo Asian Mining” Azərbaycanda 81,399 min unsiya qızıl ekvivalentində qiymətli metal, o cümlədən 70,098 min unsiya qızıl hasil edib. Beləliklə, 2020-ci ilin yekunları üzrə şirkət tərəfindən qiymətli metal hasilatı 11,5% -16,5% azalacaq.
Daha əvvəl şirkət 2020-ci ildə qiymətli metal hasilatını 75-80 min unsiya qızıl ekvivalentində proqnozlaşdırmışdı. Bununla yanaşı, cari ildə qızıl istehsalı 65 min unsiyadan 67 min unsiyaya qədər, mis istehsalı 2,2 min tondan 2,4 min tonadək həcmdə proqnozlaşdırılmışdı.
Şirkət yenilənmiş proqnozda 2020-ci ildə qızıl və mis hasilatı üzrə gözlənilən həcmləri açıqlamır.
"Bununla yanaşı, biz təsdiq edə bilərik ki, şirkətimiz 2020-ci ildə $100 milyondan çox həcmdə dövriyyəyə nail olmaq yolundadır", - deyə məlumatda bildirilir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət