«AzerGold» QSC yaxın günlərdə Daşkəsən rayonunda yerləşən “Ağyoxuş” yatağında qızıl hasilatına başlamağı planlaşdırır. Bu barədə QSC-dən məlumat verilir.
“Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir. Yaxın günlərdə Daşkəsən rayonunda yerləşən “Ağyoxuş”, 2021-ci ildə “Mərəh”, 2022-ci ildə isə “Tülallar” qızıl yatağının və “Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.
Bundan başqa, cəmiyyət 2025-ci ildə Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına başlamağı planlaşdırır.
“Eyni zamanda, 2026-cı ildə Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən “Qaradağ”, “Xar-xar” və “Cəyirçay” mis yataqlarının istifadəyə verilməsi planlaşdırılır. 2027-ci ildə Balakəndə yerləşən digər polimetal yatağı – “Mazımçay”ın istifadəyə verilməsi planlaşdırılır.
QSC-dən vurğulanır ki, qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib. Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi haqda qərarın qəbul edilməsi istisna olunmur.
“Cari ilin 9 ayı ərzində ölkə üzrə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl ikinci yerdə qərarlaşıb. Sözügedən yeni qızıl, eləcə də digər əlvan metal yataqlarının istismara verilməsi iqtisadi artımda dağ-mədən sahəsinin töhfəsini daha da artıracaq”, - məlumatda deyilir.
Daha əvvəl «AzerGold» QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat vermişdi ki, şirkət 2021-ci ildə "Çovdar" yatağının cinahlarını - "Ağyoxuş" və "Mərəh" sahələrini istismara verməyi planlaşdırır. "Ağyoxuş" yatağının resurs potensialı 40 min unsiya qızıl olaraq hesablanıb.
Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində yalnız “Çovdar” yatağından həyata keçirir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət