Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət zəmanətinin verilməsi ilə bağlı tədbirlərin 2020-2021-ci illərdə maliyyələşdirilmə həcmini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Nazirlər Kabinetinin qərarına əsasən, hökumət 2020-2021-ci illərdə ümumi məbləği 500 milyon manatadək olan kreditlərə zəmanət verməyi planlaşdırır. 2020-ci ildə bu zəmanət ümumilikdə 150 milyon manat, 2021-ci ildə 350 milyon manat məbləğində kreditlərə veriləcək. Kreditlər üzrə zamin qismində Sahibkarlığın İnkişafı Fondu (SİF) çıxış edir, dövlət isə sahibkarlıq subyekti tərəfindən cəlb edilən kreditin 60%-nə zəmanət verir.
Sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir ki, bunun da 90 milyon manatı 2020-ci ili, 210 milyon manatı isə 2021-ci ili əhatə edir.
Nazirlər Kabineti iyulun 9-da “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir: sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə; kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda; sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda; sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda; sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda; sahibkarlıq subyekti riskli vergi ödəyicisi olduqda.
Hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
Bundan başqa, hökumət dövlət zəmanəti verilməyən ümumilikdə 1 milyard manat məbləğində cari biznes kredirlərini subsidiyalaşdırır. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir (kreditlər üzrə faiz dərəcəsi və müddətdən asılı olmayaraq).
Qayda, həmçinin zəmanət və subsidiya verilməsinə dair müraciət qaydasını, zəmanətin dayandırılması hallarını və digər nəzarət və uçot qaydalarını müəyyən edir.
Azərbaycan hökuməti biznesə dəstək paketini 1,5 milyard manat məbləğində qiymətləndirir.*
A.Əzizov
Əliyev Avropa Şurasının baş katibini qəbul edib
Azərbaycan və Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib
İsveçrə 10 ay ərzində Azərbaycana dərman vasitələrinin ixracını 58% artırıb
Danimarka parlamentində dini kitabların təhqir olunmasını qadağan edən qanun qəbul edilib
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək