2023-cü ildə “Şahdəniz” yatağından 25,3 milyard kubmetr həcmində qaz hasilatı proqnozlaşdırılır. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Azərbaycanda bu il 38 mlrd. kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 mlrd. kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan “Şahdəniz” yatağından illik hasilatın bu il 18,7 mlrd. kubmetrə, 2023-cü ildə isə 25,3 mlrd. kubmetrə çatacağının gözlənilir”, - Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu – Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumundə çıxışı zamanı bildirib.
Həmçinin, Şahbazov məlumat verib ki, indiyə qədər “Şahdəniz” yatağından 133 mlrd. kubmetr qaz çıxarılıb, 88,6 mlrd. kubmetrdən çox qaz ixrac edilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 16,8 milyard kubmetr təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 46,1% çoxdur. Ümumilikdə, 2019-cu ildə Azərbaycanda 35 milyard 591,4 milyon kubmetr qaz hasil edilib (artım 16,3%).
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət