Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın nümayəndələri erməni hərbi əsirlərlərin saxlama yerlərinə baş çəkiblər. Bu barədə Ombudsman Aparatından məlumat verilir.
“Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri erməni əsirlərinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər. Başçəkmə zamanı Ermənistandan olan əsir və girovlar fərdi qaydada qəbul olunub, müraciətləri dinlənilib, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, əsir və girovlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi müşahidə olunub.
“Hərbi əsirlər, o cümlədən girovlar onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər”, - Aparatdan qeyd olunur.
Həmçinin, məlumatda vurğulanır ki, təəssüflər olsun ki, Ermənistan tərəfindən bu yanaşma göstərilmir. “Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub", - Aparatdan qeyd edilib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət