İran Azərbaycanla münasibətləri inkişaf etdirmək əzmindədir və yeni beynəlxalq şəraitdə onların gələcək inkişafı üçün imkanlardan istifadə etməyə ümid edir. Bunu İran prezidenti Həsən Ruhani deyib.
Bu barədə Ruhani çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən bəyan edib.
“Ruhani İranın Dağlıq Qarabağ münaqişəsi üzrə aydın mövqeyini qeyd edib və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və atəşkəs rejiminin bərqərar olmasından məmnunluq ifadə edib”, - İran prezidentinin saytı məlumat verir.
Həmçinin, Ruhani Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə İranın xüsusi elçisi vasitəsilə Rusiya, Azərbaycan və Ermənistana planını xatırlayıb və bəyan edib ki, İran iki ölkə arasında atəşkəs rejiminin möhkəmlənməsində və regionda sabitliyin bərqərar olmasında konstruktiv rol oynamağa hazırdır.
O cümlədən, prezident bəyan edib ki, İran Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak etməyə hazırdır.
Reşt-Astara dəmir yolu layihəsi daxil olmaqla, İranla Azərbaycan arasında əvvəlki razılaşmalara istinad edərək, prezident sazişlərin reallaşdırılmasının sürətləndirilməsinin və fəaliyyətə başlamasının zəruriliyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Xudafərin bəndi və elektrik stansiyasının tikintisi daxil olmaqla, iki ölkə arasında razılaşdırılan birgə layihələrin icrası üçün şərait formalaşıb. Bundan başqa, iki ölkə bundan sonra da sənaye, elm, əczaçılıq və digər sektorlarda əməkdaşlığı inkişaf etdirə bilər.
Öz növbəsində, Bayramov bəyan edib ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üzrə İranın dəstəyini yüksək dəyərləndirib və İranı yaxşı dost və qonşu hesab edir.
“Azərbaycanın İranla sərhədi – dostluq və inkişaf sərhədidir və biz hesab edirik ki, bu sərhədlərin bərpası yeni əməkdaşlıq layihələrinə gətirə bilər”, - deyə Bayramov işğal olunmuş ərazilərin azad edilməsi və İranla sərhədin 132 kilometr sahəsinin bərpasını nəzərdə tutub.
Həmçinin, Azərbaycan XİN başçısı siyasi, iqtisadi və ticarət sahələrində İranla münasibətlərin inkişafı və dərinləşməsini qeyd edib və vurğulayb ki, Reşt-Astara dəmir yolu layihəsinin reallaşdırılması iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığı artıracaq. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət