2020-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələri $352,456 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ilin 9 ayı ərzində fiziki şəxslər Rusiyadan Azərbaycana $425,907 milyon vəsait köçürüblər. Beləliklə, 2020-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 17,2% azalıb.
Hesabat dövründə Rusiya Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci yerdə qərarlaşıb.
Fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($55,694 milyon - artım 6,3%), ABŞ ($40,707 milyon - artım 39,9%), Qazaxıstan ($29,939 milyon - artım 2,6 dəfə) və BƏƏ ($29,193 milyon - artım 2,4 dəfə) də daxildir.
Fiziki şəxslər tərəfindən Azərbaycandan pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında Türkiyə birinci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin həcmi $85,659 milyon təşkil edib ki, bu da 2019-cu ilin 3 rübü ilə müqayisədə 24% çoxdur.
Eyni zamanda, yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya $77,162 milyon (azalma 4,1%), Gürcüstana $42,532 milyon (artım 2,4 dəfə), ABŞ-a $40,151 milyon (artım 65,9%), Böyük Britaniyaya $19,324 milyon (artım 21,1%), Almaniyaya $16,978 milyon məbləğində (artım 8,9%) pul köçürmələri həyata keçirilib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələrinin həcmi $681,924 milyon (azalma 1,6%) təşkil edib. Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 23,2% - $383,009 milyona qədər artıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət