Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər ölkəhə vergi və gömrük sahələrində həayata keçirilən islahatları yüksək dəyərləndiriblər, onların davam etdirilməsini məqsədəuyğun hesab edirlər. Bu barədə Alman-Azərbaycan Ticarət Palatası və KMPG-Azerbaijan şirkətinin tərtib etdiyi Azərbaycanda biznes mühit üzrə hesabatında qeyd olunur.
“Vergi orqanları tərəfindən vergi prosedurılarının sadələşdirilməsi, vergi yükünün azalması və vergi yığımının səmərəliliyinin artırılması məqsədilə atılan mühüm addımlar sadələşdirilmiş verginin azaldılması (4%-dən 2%-dək) və özəl qeyri-neft sektoru üçün tətbiq olunan vergi güzəştləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən xarici biznesə açıq şəkildə əlavə təkan verib”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi hesabatda deyilir.
Şirkətlərin qiymətləndirmələrinə görə, bu tədbirlərdən sonra kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluğun miqyası aydın şəkildə azalıb.
“Bu, bağlanan əmək müqavilələrinin sayının artmasına və dövlət büdcəsinə vergi daxilolmalarnın artımına gətirib. Bunu nəzərə alaraq, təccüblü deyil ki, sorğu olunan xarici şirkətlərin 10-dan 7-si (69%) vergi islahatlarını daha effektiv hesab edirklər”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, eyni zamanda, vergi islahatlarının aparılmasını alqışlayan xarici şirkətlər əvvəlki kimi işlədikləri digər bazarlarla müqayisədə daha yüksəık vergi yükü ilə əlaqədar bir qədər narahatlıq ifadə edirlər.
Həmçinin, xarici şirkətlər son bir neçə il ərzində gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən geniş fəaliyyəti və gömrük orqanlarının razılaşdırılmış səylərini və korrupsiya və rüşvətxorluq hallarının minimuma endirilməsini yüksək qiymətləndirirlər.
“Bu mənada Azərbaycanda işləyən xarici şirkətlər insanlar arasında birbaşa təmasların rolunun məhdudlaşdırılması məqsədilə və müəssisələrin tələbatlarının daha yaxşı təmin edilməsi üçün dövlət-özəl dialoq genişləndirilməsinə elektron gömrük sahəsində tə.əbbüslərin yaxşılaşdırılmasında irəliləyişi yüksək dəyərləndiriblər. Nəticədə, respondentlərin yarısından çoxu (58%) gömrük islahatlarını ilk beşliyə yerləşdirərək, onları bu il daha effektiv hesab ediblər”, - hesabatda qeyd olunur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət