Dünya Bankı “Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyni yüksəldib. Bu barədə İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verir.
“Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınan məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri elan edilib.Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılan islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub.Aparılan müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 hesabatında mövqeyi 6 pillə yaxşılaşdırıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub», - Mərkəzin məlumatında deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb.
Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.
2020-ci il avqust ayının sonunda Dünya Bankı (DB) 2018 və 2020-ci illəri əhatə edən hesabatlarda bir sıra ölkələr üzrə məlumatların düzgün dəyişdirilməməsi şübhəsi ilə əlaqədar “Doing Business” icmallarının nəşrinin müvəqqəti olaraq dayandırılması ilə bağlı məlumat yayıb.
Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.
“Doing Business” artıq 17 ildir dərc olunur və dünya ölkələrində biznesin aparılması şərtlərini qiymətləndirir.
Daha əvvəl bank hesabat məlumatlarının siyasi məqsədlərlə manipulyasiyaya məruz qalmadığına əmin olmaq üçün reytinqin xarici auditini aparmışdı. Bir neçə il əvvəl Çin “Doing Business” reytinqinin metodologiyasını tənqid etmişdi.
Tədqiqatın müəllifləri 190 ölkəni sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı 10 meyar üzrə sıralayırlar: yeni biznesin yaradılması üçün vaxt sərfi və maliyyə xərcləri, tikintiyə icazələrin alınması, elektrik enerjisi infrastrukturuna çıxış, mülkiyyət hüquqlarının qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, vergi ödənişi, beynəlxalq ticarətin həyata keçirilməsi, müqavilələrin icrasının təmin edilməsi, müflisləşmə prosedurları.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət