Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dəyişikliyə əsasən, ölkədə əmanətlərin tam sığortalanması müddəti 5 aprel 2021-ci il tarixinədək uzadılıb.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də 3 il müddətinə tətbiq edilmişdi. 2019-cu ildə bu sistemin qüvvədə olma müddəti daha 1 il – 2020-ci il martın 4-dək, daha sonra isə 2020-ci il dekabrın 4-dək uzadılıb.
Bundan əlavə, parlament “Əmanətlərin sığortalanması haqqında” qanununa dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Dəyişikliyə əsasən, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri (kompensasiya məbləği 20 min manatdan çox olmamaqla) də sığortalanacaq.
Bundan başqa, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri də tam sığortalanacaq.
Həmçinin fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır. Bu bənd 5 aprel 2021-ci il tarixindən qüvvəyə minəcək.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz ADİF tərəfindən müəyyən edilmiş limiti keçməməlidir. Fondun qərarına müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmayacaq.
2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,9% - 7 milyard 870,3 milyon manata qədər azalıb.
2020-ci il oktyabrın 31-nə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 588,5 milyon manat, qeyri-rezidentlərin - 281,8 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətləri 7,5%, qeyri-rezidentlərin əmanətləri 35,1% azalıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət