Azərbaycan hökuməti 2021-ci il dövlət büdcəsinə 5 iri dövlət şirkəti üzrə 46 milyon manat məbləğində dividend ödənişi nəzərdə tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2021-ci il dövlət büdcəsində SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC və “Azərenerji” ASC tərəfindən dividend ödənişləri nəzərdə tutulub. Dividendlərin ümumi məbləği 46 milyon manat təşkil edəcək”, - deyə məlumatda bildirilir.
Ümumilikdə Azərbaycan hökuməti 2021-ci ildə dövlət şirkətləri və dövlət bankları tərəfindən dövlət büdcəsinə 168,05 milyon manat məbləğində dividend ödəniləcəyini nəzərdə tutur ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən 60,4 dəfə çoxdur. Gələn il dövlət büdcəsinə dividend ödənişinin 120 milyon manat məbləğində əsas hissəsini "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC təmin edəcək.
2021-ci ildə "Azər-Türk Bank" dövlət büdcəsinə 750 min manat (azalma 2 dəfə), "Aqrarkredit" BOKT 200 min manat (artım 11,1%), "Azərlotereya" ASC 1 milyon manat (dəyişməz qalıb) həcmində dividend ödəyəcək.
2021-ci ildə "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC tərəfindən dövlət büdcəsinə dividend ödənişi 100 min manat məbləğində nəzərdə tutulub.
2019-cu ildə bu maddə üzrə dövlət büdcəsinə daxilolmalar 869 min manat təşkil edib ki, bunun da 500 min manatı “Azərlotereya”, 225 min manatı "Azər-Türk Bank", 144 min manatı isə "Aqrarkredit" tərəfindən ödənilib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət