2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,9% təşkil edəcək, 2022-ci ildə iqtisadi artım 4,5%-ə qədər sürətlənəcək. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Dünya Bankının (DB) "Dünya iqtisadiyyatının perspektivləri" (Global Economic Prospects, GEP) adlı yanvar məruzəsində qeyd olunur.
DB-nin qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 pandemiyası səbəbindən 5% azalacaq.
Keçən ilin oktyabr ayında DB 2020-ci ildə Azərbaycanda ÜDM-in 4,2% azalacağını, 2021-ci ildə iqtisadi artımın 1,9%, 2022-ci ildə 2,8% təşkil edəcəyini proqnozlaşdırmışdı.
"2021-ci ildə Cənubi Qafqaz subregionunda artım 2,5% səviyyəsində proqnozlaşdırılır, çünki pandemiya və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sarsıntılar tədricən ikinci plana keçir. Bundan başqa, turizmin bərpası, eləcə də istehlakçıların və biznesin etimadının yüksəlməsi regionda iqtisadi artıma təkan verəcək", - deyə məruzədə bildirilir.
DB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə neftin qiyməti sabitləşdikcə Azərbaycanda iqtisadi fəallıq da artacaq. Bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına investisiya qoyuluşundan və çəkilən xərclərdən fayda götürəcək.
"Azərbaycan və Ermənistan arasında sülh haqqında bəyanat isə regionda geosiyasi gərginliyi azaldacaq", - deyə məruzədə bildirilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə ölkədə ÜDM 4% azalacaq, 2021-ci ildə isə iqtisadi artım 3,4% təşkil edəcək.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət