Bakı ilə Aşqabad arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq gələcəkdə daha yüksək səviyyəyə çatacaq. Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.
"Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq", - deyə Əliyev bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında keçirilən görüşdə bildirib.
O qeyd edib ki, Türkmənistan və Azərbaycan "nəqliyyat infrastrukturunun yaradılması üzrə layihələrini sinxronlaşdırıblar". Bununla yanaşı, dövlət başçısı iki ölkənin beynəlxalq dəniz limanlarının sıx qarşılıqlı fəaliyyətini və müntəzəm işini qeyd edib.
"Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Qurbanqulu Berdiməhəmmədovun şəxsi xidmətlərini xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır", - deyə İ.Əliyev vurğulayıb.
Prezident, həmçinin qeyd edib ki, son üç ildə Azərbaycan və Türkmənistan liderləri arasında 5 qarşılıqlı səfər həyata keçirilib və 50-dən çox sənəd imzalanıb. "Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb", - deyə o vurğulayıb.
İ.Əliyev iki ölkənin Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Əfqanıstan-Türkmənistan formatında uğurlu əməkdaşlığını da diqqətə çatdırıb. "Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib", - deyə prezident əlavə edib.
“Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər", - deyə Berdiməhəmmədov bildirib.
O, həmçinin nəqliyyat dəhlizlərinin yaradılması (Lapis-Lazuli və Xəzər dənizi - Qara dəniz marşrutu) sahəsində əməkdaşlıq məsələsinə də toxunub. "Nəqliyyat sahəsi də tərəfdaşlığımızın ən mühüm hissəsidir. Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır. Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi–Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir", - deyə Berdiməhəmmədov qeyd edib.
Onun sözlərinə görə, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. "Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər. Bütün Xəzəryanı ölkələrin fikrincə Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. 2018-ci ilin avqust ayında sahilyanı beş dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi idi. Bu Konvensiya Xəzərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu", - deyə o vurğulayıb.
Berdiməhəmmədov, həmçinin Türkmənistanın beynəlxalq təşəbbüslərinə daim dəstək verdiyinə görə Azərbaycana minnətdarlığını bildirib. "Öz növbəmdə, mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi", - deyə Türkmənistan lideri əlavə edib.*
N.Abbasova, B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət